“2022-2026 Dövlət Proqramı” çərçivəsində 2024/2025-ci tədris ili üzrə qəbulun təşviqi məqsədi ilə regionlarda təhsil alan məktəbli və tələbələrlə görüş və sözügedən proqram haqqında ətraflı məlumatın verilməsi həyata keçirilir.
Səfər çərçivəsində ilk görüş 14.12.2023-cü il tarixində Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbdə baş tutmuşdur. Görüşdə şagirdlərə xaricdə bakalavriat təhsil səviyyəsi üzrə təhsilin önəmi vurğulanmışdır. Gəncə şəhərindəki növbəti görüş Azərbaycan Dövlət Aqrar Universitetində olmuş, tələbələrə xaricdə magistratura təhsili ilə bağlı məlumat verilmişdir.
Qeyd edək ki, “2022-2026 Dövlət Proqramı” çərçivəsində 2024/2025-ci tədris ili üzrə qəbulun təşviqi məqsədiylə nəzərdə tutulmuş digər regionlara səfərlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim ediləcəkdir.