• 13.12.2023
  • 1380
Xaricdə doktorantura təhsili alacaq namizədlərin son siyahısı təsdiq olunub

2023-cü il ərzində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair son sənəd qəbulu üzrə proqram iştirakçısı adını qazanmış namizədlərin siyahısı təsdiq olunub.

Yekun nəticələrə əsasən, ümumilikdə 32 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub.

Hazırda “2019-2023 Dövlət Proqramı” çərçivəsində müvafiq reytinq cədvəlləri üzrə dünyanın 23 ölkəsinin “top 500”də yer alan ali təhsil müəssisələrində ölkənin siyasi-iqtisadi inkişafı üçün önəmli olan 7 prioritet ixtisas istiqaməti üzrə 260 Azərbaycan Respublikası vətəndaşı doktorantura səviyyəsi üzrə təhsil alır.