• 13.12.2023
  • 1059
"2022-2026 Dövlət Proqramı" iştirakçısının fəaliyyəti
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "Columbia University" ali təhsil müəssisəsində "Təhsil" ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alan Günay Məmmədova təhsil aldığı ali təhsil müəssisəsində sədri və təsisçisi olduğu Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev: Zəfərə doğru Yol” mövzusundakı tədbirdə iştirak etmişdir.
 
Tədbirdə eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Azərbaycanın ABŞ-dakı Səfirliyinin və BMT-dəki Daimi Nümayəndəliyinin nümayəndələri, azərbaycanlı və xarici tələbələr, məzunlar, gənc peşəkarlar və icma üzvlərimiz iştirak etmişdir.
 
Azərbaycanın və ABŞ-ın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Tədbir iştirakçılarını salamlayan Azərbaycan-Amerika Gənclər Federasiyasının sədri Günay Məmmədova Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın dövlət quruculuğuna, tarix, mədəniyyət və incəsənətə bəxş etdiyi töhfələrdən və 3 il öncə ölkəmizin əldə etdiyi parlaq Zəfərdən söz açıb. Sonra müasir Azərbaycanın tarixini, zəngin mədəni irsini və təbiətini əks etdirən videoçarx nümayiş etdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin dövlət müstəqilliyinin əldə olunması, qorunması və möhkəmləndirilməsində, neft strategiyasının təşəkkülündə misilsiz xidmətlərindən və əvəzsiz töhfələrindən danışıb. Tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov ümummilli lider Heydər Əliyevin uzaqgörən, qətiyyətli, müdrik və dəmir iradəli siyasətçi olduğunu bildirib, ədalətin gec-tez bərqərar olacağına inamını heç vaxt itirmədiyini qonaqların diqqətinə çatdırıb.
Tədbir Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Böyük sənət hamısı” sənədli filminin nümayişi ilə davam edib.
Bədii hissədə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarovanın (fortepiano) və diaspor fəalı Aqil Hüseynovun (tar) ifalarında Azərbaycan klassik musiqisindən ibarət konsert proqramı təqdim edilib. 
Tədbir çərçivəsində Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Heydər Əliyevin ABŞ-a rəsmi səfərlərini əks etdirən fotosərgi təşkil olunub.
 
Qalereya