• 23.11.2023
  • 434
BMU-İNHA ikili diplom proqramının növbəti Rəhbər Komitə görüşü İNHA universitetində keçirilmişdir
Bakalavriat təhsil səviyyəsi üzrə mühəndislik ixtisasları istiqamətində artıq dördüncü ildir həyata keçirilən BMU-İNHA beynəlxalq ikili diplom proqramının növbəti Rəhbər Komitə görüşü 22 noyabr tarixində Koreya Respublikasında, İNHA Universitetində baş tutmuşdur. Sözügedən proqramın icrasına dair strateji məsələlərin müzakirəsini nəzərdə tutan Rəhbər Komitə görüşündə gündəlikdə nəzərdə tutulan bir sıra vacib məsələlərlə yanaşı, İNHA Universitetində ikili diplom proqramı çərçivəsində təhsil alan sonuncu kurs tələbələrinin təhsilinin təşkili, növbəti ildə ilk məzun buraxılışına dair müzakirələr aparılmışdır. Rəhbər Komitə görüşündə Elm və Təhsil Nazirliyinin müşaviri, Bakı Mühəndislik Universitetinin rektorunun başçılıq etdiyi nümayəndə heyəti və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri iştirak etmişdir.
Qeyd edək ki, “2019-2023 Dövlət Proqramı” çərçivəsində icra edilən beş ikili diplom proqramlarından biri Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramıdır.