“2019-2023 Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının ilk qəbul ili üzrə təhsillərini hal-hazırda İNHA universitetində davam etdirən sonuncu kurs tələbələri ilə görüş keçirilmişdir. Görüşdə Elm və Təhsil Nazirliyinin müşaviri, Bakı Mühəndislik Universitetinin rektoru və nümayəndə heyəti və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri iştirak etmişdir. Görüş zamanı tələbələrin İNHA universitetindəki təhsillərinə dair təəssüratları öyrənilmiş və onları maraqlandıran məsələlərə dair müzakirələr aparılmışdır.
Qeyd edək ki, “2019-2023 Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə hər il tələbə qəbulu həyata keçirilir. Tədrisin 3 ili BMU-da, son 1 ili isə İNHA Universitetində keçirilir.