• 22.11.2023
  • 498
BMU-İNHA ikili diplom proqramı çərçivəsində Azərbaycan Respublikasının Seuldaki səfirliyində görüş keçirilmişdir.
BMU-İNHA beynəlxalq ikili diplom proqramının (İDP) növbəti Rəhbər Komitə görüşündə iştirak üçün Koreya Respublikasında səfərdə olan heyət Azərbaycan Respublikasının Koreyaya Respublikasındakı səfiri ilə görüşüb.
 
20.11.2023-cü il tarixində Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev,  AR Elm və Təhsil Nazirliyinin rəsmiləri və İDP heyətinin iştirakı ilə səfir Ramin Həsənovla görüş baş tutmuşdur. Görüş zamanı Azərbaycan və Koreya arasında təhsil sahəsindəki əlaqələrin cari vəziyyəti və perspektivləri barədə müzakirə aparmışdır.
Qalereya