• 22.11.2023
  • 609
BMU-İNHA ikili diplom proqramının növbəti Rəhbər Komitə görüşündə iştirak üçün Koreyaya səfər baş tutmuşdur.
Elm və Təhsil Nazirliyi, Bakı Mühəndislik Universitetinin rəsmi nümayəndələri və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri 20.11.2023 tarixində Dövlət Proqramı çərçivəsində icra olunan BMU-İNHA ikili diplom proqramı üzrə növbəti Rəhbər Komitə görüşündə iştirak etmək üçün Koreya Respublikasına səfər ediblər. 
 
Səfər müddətində BMU-İNHA ikili diplom proqramının Rəhbər Komitə görüşündə iştirak, sözügedən proqram çərçivəsində təhsillərini hal-hazırda İNHA Universitetində davam etdirən sonuncu kurs tələbələr ilə görüşlər nəzərdə tutulub.
 
Qeyd edək ki, “2019-2023 Dövlət Proqramı”  çərçivəsində icra edilən beş ikili diplom proqramlarından biri Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramıdır. BMU-İNHA ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə (“İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi”) bakalavr səviyyəsində tədris aparılır.