• 04.11.2023
  • 694
“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üzrə son qəbulun müsahibələri başlayıb
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na 2023/2024-cü tədris ili üzrə müraciət etmiş şəxslərin müsahibələrinə start verilib. Belə ki, ilkin mərhələni uğurla başa vuran namizədlər aidiyyəti üzrə növbəti mərhələyə dəvət olunurlar. Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə həyata keçirilir.
Müsahibə zamanı tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi aşağıdakı meyarlar əsasında aparılır:
  • Təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi tədqiqat işlərini aparmaq bacarıqları;
  •  Məntiqi mühakimə yeritmək bacarıqları;
  • Kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti komissiya üzvləri tərəfindən qiymətləndirilir
Qalereya