• 01.11.2023
  • 184
BMU-İNHA İDP-nin II və III kurs tələbələri ilə görüşlər keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (IDP) üzrə təhsil alan II və III kurs tələbələri ilə görüşlər keçirilib.

Görüşlər tədris prosesinin gedişatı ilə bağlı proqram iştirakçılarının fikirlərinin öyrənilməsi, tələbə məmnuniyyətinin ölçülməsi, onları maraqlandıran digər məsələlərin birgə müzakirəsi məqsədilə təşkil olunub.

Bununla yanaşı, proqram çərçivəsində Koreyada 3 həftəlik “Yay məktəbi”ndə keçirilən fənlər, dərs saatları, təşkil olunan ekskursiyalarla bağlı tələbələrin təəssüratları dinlənilib.

Görüşlərdə çıxış edən BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin direktoru Humay Cəfərli, İDP üzrə layihə direktoru Yang Hyunjin, İDP-nin tədris işləri üzrə mütəxəssisi Əsmər İbadova tələbələri maraqlandıran müxtəlif istiqamətli sualları ətraflı cavablandırıblar.

Çıxışlar zamanı proqram şərtlərinə uyğun olaraq Koreya dili dərslərinin tədrisinin əhəmiyyəti, “TOPİK” sertifikatı (Test of Proficiency in Korean) əldə etmək üçün ilk kursla yanaşı, II və III kurslarda imtahanların təşkili, imtahanlardan uğurla keçmiş tələbələrin sonuncu kursda təhsillərini İNHA Universitetində davam etdirmələri kimi məsələlərə də toxunulub.

Qalereya