“2019-2023 Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının ilk qəbul ili üzrə təhsillərini hal-hazırda Ege universitetində davam etdirən 40 tələbə ilə görüş keçirilmişdir. Görüşdə ADAU və Ege Universitetinin rektorları, elm və təhsil nazirinin müşaviri və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri iştirak etmişdir. Görüş zamanı tələbələrin sualları cavablandırılmış, onların təhsil fəaliyyətləri ilə bağlı ətraflı məlumat alınmışdır. Tədbirin davamı olaraq tələbələrin Ege universitetində təhsilləri ilə bağlı məsələləri daha yaxından öyrənmək, sual və təkliflərini dinləmək üçün elm və təhsil nazirinin müşaviri, ADAU-nun rektoru və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri tələbələrlə görüş keçirmişdir.
Qeyd edək ki, “2019-2023 Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına “Bitki mühafizəsi”, “Aqromühəndislik”, “Aqronomluq” və “İqtisadiyyat” ixtisasları üzrə hər il tələbə qəbulu həyata keçirilir. Tədrisin 3 ili ADAU-da, son 1 ili isə Ege Universitetində keçirilir.