• 26.10.2023
  • 507
ADAU-EGE ikili diplom proqramının növbəti Rəhbər Komitə görüşü keçirilmişdir
Bakalavriat təhsil səviyyəsi üzrə aqrar ixtisaslar sahəsində artıq dördüncü ildir həyata keçirilən ADAU-EGE birgə ikili diplom proqramının növbəti Rəhbər Komitə görüşü 25 oktyabr tarixində Türkiyə Respublikasının İzmir şəhərində, Ege universitetində baş tutmuşdur. Sözügedən proqramın icrasına dair strateji məsələlərin müzakirəsini nəzərdə tutan Rəhbər Komitə görüşündə bir sıra vacib məsələlərlə yanaşı, ikili diplom proqramı üzrə Ege Universitetində təhsil alan sonuncu kurs tələbələrinin təhsilinin təşkili, növbəti ildə ilk məzun buraxılışına dair məsələlər müzakirə edilmişdir. Rəhbər Komitə görüşündə Elm və Təhsil Nazirliyinin nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyi nümayəndələri, sözügedən ikili diplom proqramını icra edən ali təhsil müəssisələrinin nümayəndələri və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri iştirak etmişdir.
 
Qeyd edək ki, “2019-2023 Dövlət Proqramı” çərçivəsində icra edilən beş ikili diplom proqramlarından biri Azərbaycan Dövlət Aqrar Univeristeti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramıdır.
Qalereya