• 25.09.2023
  • 1079
2023/2024-cü tədris ilində ADPU-CVU beynəlxalq ikili diplom proqramı çərçivəsində tələbə qəbul faizi 100% olub

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramının 2023-2024-cü il üçün qəbul prosesi başa çatdı. Bu il proqrama müraciət edən 178 namizəddən 40-ı qəbul şərtlərini əməl etmiş və müsahibədən uğurla keçmişdirlər. Beləliklə, ADPU-CVU ikili diplom proqramına 2023-2024-cü il üçün nəzərdə tutulmuş qəbul planı 100% dolmuşdur.  Qəbul almış tələbələdən 5-i oğlan, 35-i isə qızdır. Magistratura qəbul imtahanında iştirak etmiş namizədlər arasında ən yüksək bal-85 ən aşağı bal isə- 45.5 bal təşkil etmişdir.

Qəbul prosesi 2020-ci ildən həyata keçirilən ADPU-CVU ikili diplom proqramında hazırda 80-ə yaxın tələbə təhsil alır. Təhsil müddətinin sonunda tələbələr həm ADPU, həm də CVU tərəfindən magistr səviyyəsi üzrə diplomlar alacaqlar.