• 07.09.2023
  • 790
2023/2024-cü tədris ilində ADAU-EGE beynəlxalq ikili diplom proqramı çərçivəsində tələbə qəbul faizi 98,33% olub

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına “Bitki mühafizəsi”, “Aqromühəndislik”, “Aqronomluq” və “İqtisadiyyat” ixtisasları üzrə hər il (hər ixtisas üzrə 30 nəfər olmaqla) 120 nəfər tələbə qəbulu həyata keçirilir.

2023/2024-cü tədris ili üzrə ADAU-EGE beynəlxalq ikili diplom proqramına 118 nəfər tələbə qəbul olmuşdur. Bu isə qəbul planının 98,33%-ni əhatə etmişdir.

ADAU-EGE ikili diplom proqramı haqqında ətraflı məlumat keçiddən əldə oluna bilər.