"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "University of Glasgow" ali təhsil müəssisəsində "Təhsilin idarəedilməsi" ixtisası üzrə doktorantura səviyyəsində təhsil alan Məcid Bayramlı 25 avqust 2023-cü il tarixində Avropa Təhsil Tədqiqatları Konfransında çıxış etmişdir. Onun çıxışı "Azərbaycanın peşə təhsilində islahatlar: Avropa İttifaqındakı təhsil siyasətinin köçürülməsi təsirləri" mövzusunda olmuşdur. Konfrans Avropanın təhsil sahəsində ən prestijli və böyük tədbiridir və 3500-dən çox tədqiqatçının iştirakı ilə baş tutmuşdur.