• 31.08.2023
  • 596
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Dövlət Proqramı iştirakçıları ilə Orientasiya görüşü keçirilib

Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən 2023/2024-cü tədris ili üçün “2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə aid qəbulda proqram iştirakçısı adını qazanan tələbələrlə 31 avqust 2023-cü il tarixində növbəti Orientasiya görüşü keçirilmişdir. Baş tutmuş görüşdə Şimali İrlandiya və Böyük Britaniya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Avstraliya İttifaqı, Türkiyə Respublikası kimi ölkələr üzrə nüfüzlu ali təhsil müəssisələrdə təhsil alacaq tələbələrə ümumi tanışlıq, daha sonra proqram iştirakçıları ilə tədrisin monitorinqi, maliyyələşmə prosedurları və digər aidiyyatı məsələlərin müzakirəsi həyata keçirilmişdir. 

Sonda tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılmiş, proqram iştirakçılarına aid müqavilə nüsxələri və təqaüd kartları, eyni zamanda, Dövlət Proqramı iştirakçısı nişanları tələbələrə təqdim olunmuşdur.

Qalereya