• 08.06.2023
  • 525
Dövlət Proqramı tələbələrinin tədbiri
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Krallığının Queen’s University Belfast” ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil alan Məmmədzadə Mirazər, Paşayeva Nuriyyə və İmanzadə Ülkər və digər azərbaycanlı tələbələr tərəfindən Gənclər Fondu və ASAP-ın dəstəyilə Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş "Azərbaycan dünəndən bu günə" adlı tədbir təşkil olunub. Tədbirdə müxtəlif ölkələrin tələbələri iştirak edərək Azərbaycanın tarixi və bu günü haqqında geniş məlumat əldə ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Daha sonra ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov video müraciətlə çıxış edərək Azərbaycanın Dövlətçilik tarixi, eyni zamanda Müstəqillik gününün tarixi ilə bağlı məlumat verib. Səfir, Şərqin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu deyib.
Tədbirin sonunda iştirakçı tələbələr Azərbaycan xalqının qədim tarixi və mədəni irsə sahib olduğu haqqında müsbət fikirlərini bölüşüblər.
Qalereya