• 30.05.2023
  • 259
BMU-İNHA İDP-də təhsil alan tələbənin testimonialı

“BMU-İNHA ikili diplom proqramı gələcək karyeranızda atdığınız ən uğurlu addımlardan biri olacaq”

“Hər bir tələbənin arzusu xaricdə təhsil almaqdır. Abituriyentlərə məsləhətim odur ki, əgər siz də xaricdə təhsil almaq, eləcə də ingilis və Koreya dilində bacarıqlara yiyələnmək istəyirsinizsə, BMU-İNHA ikili diplom proqramı sizin gələcək karyeranızda atdığınız ən uğurlu addımlardan biri olacaq”.

Bu fikri Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü proqrama 2022/2023-cü tədris ili üzrə qəbul olaraq, Elektrik mühəndisliyi ixtisasında təhsil alan I kurs tələbəsi Nəsib Əhmədov bildirib.

Təəsüratlarını bölüşən N.Əhmədov abituriyent olduğu zamanlardan proqramla bağlı sosial şəbəkələr, internet resurslarından məlumat topladığını deyir: “Mən proqramın bir çox üstünlükləri haqda informasiyalar əldə etdim, onun gələcək karyeramda töhfələr verəcəyinə inandım və proqrama qəbul oldum. Koreya istər təhsil sahəsində, istərsə də texnoloji yeniliklər baxımından dünyada qabaqcıl ölkələrdən biridir. Bu proqrama daxil olaraq, 3 il müddətində BMU-da, 1 il müddətində isə İNHA Universitetində təhsil almış olacaqsınız”.

N.Əhmədov proqram üzrə fənnlərin ingilis dilində, xüsusi seçilmiş müəllimlər tərəfindən tədrisini də yüksək dəyərləndirib: “Tələbələrə ingilis dilində bacarıqlarının təkmilləşdirilməsi üçün bir il müddətində intensiv dərslər keçirilir. Eləcə də sonuncu ili tələbələrin İNHA Universitetində təhsil almaları üçün aşağı kurslardan Koreya dili dərsləri tədris olunur”.