• 19.05.2023
  • 341
"2019-2023 Dövlət Proqramı" doktorantının çıxışı

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Birləşmiş Krallığın "Middlesex University" ali təhsil müəssisəsində hüquq ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Tofiq Şəhniyarov təhsil aldığı universitetdə doktorantlar üçün təşkil  olunan seminarda "Beynəlxalq cinayətlərdə dövlət siyasəti elementi: Akademiyada və beynəlxalq adət hüququnda çıxılmaz vəziyyət" adlı təqdimat ilə çıxış etmişdir.