"2019-2023 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikasının "İstanbul Üniversitesi" ali təhsil müəssisəsində humanitar və sosial ixtisas istiqaməti üzrə təhsil alan doktorant Ziyəddin Əlizadə 30.03.2023-cü il tarixində İstanbul Universiteti, Millətlərarası Özəl Hüquq və Ticarət Hüququ sahəsində "Doktora Yeterlilik İmtahanı"nın yazılı hissəsini 95/100 balla, şifahi hissəsini isə komissiya üzvlərinin hamısının müsbət rəyi ilə (yekdilliklə) keçərək, "Hukuk doktoru adayı"(Hüquq elmləri Fəlsəfə doktoru namizədi) adını qazanmışdır.