• 30.03.2023
  • 1833
"2022-2026-cı illər üzrə Dövlət Proqramı" çərçivəsində sənəd qəbuluna dair canlı yayım

"2022-2026 Dövlət Proqramı" çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə sənəd qəbuluna dair məlumatlar 30 mart 2023-cü il tarixində saat 14.00-da "Təhsil masası" verilişində yayımlanacaq. Verilişin qonağı Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova sənəd qəbuluna dair məlumat verərək canlı yayım zamanı ünvanlanan sualları cavablandıracaqlar.