• 14.03.2023
  • 459
Dövlət Proqramı tələbələrinin yaratdığı təşkilatın açılış mərasimi

“2022-2026 Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyada təhsil alan tələbələr ölkəmizi təmsil edən cəmiyyət yaratmışdır. Açılış mərasimi keçirilən cəmiyyətin tədbirində bir çox xarici ölkələrin cəmiyyətinin nümayəndələri və xarici tələbələr iştirak etmişdir. “University of Glasgow” ali təhsil müəssisəsində təhsil alan cəmiyyətin sədri Ləman Əliyeva tədbirdən şəkillər və video paylaşmışdır. Eyni zamanda, cəmiyyətin qurulmasında və tədbirlərin təşkilində “2022-2026 Dövlət Proqramı” çərçivəsində təhsil alan Ətirşah Quliyeva, Cavid Ələkbərov, Nərgiz Məmmədova, Kamran Hacızadə, Fatimə Məmmədova, Murad Xasməmmədov, eyni zamanda, Böyük Britaniyada təhsil alan digər azərbaycanlı tələbələrdən Naib Əlizadə və Əziz Kərimli iştirak ediblər.

 

 

Qalereya