• 01.03.2023
  • 366
BMU-İNHA İDP üzrə təhsil alan tələbələr üçün TOPİK imtahanı keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) üzrə təhsil alan tələbələrin dil səviyyəsini yoxlamaq üçün əlavə TOPİK (Test of Proficiency in Korean) imtahanı keçirilib. Koreyalı mütəxəssislər tərəfindən II və III kurs tələbələri üçün BMU-da təşkil edilən imtahanlar iki mərhələdən ibarət olub. Birinci mərhələdə oxuma testlərindən imtahan verən tələbələr Koreya dilində qeyd olunmuş mətnləri oxuyaraq sualları cavablandırıblar. İkinci mərhələdə isə tələbələrin dinləmə və yazma bacarıqları üzrə səviyyələri müəyyənləşdirilib.

Koreya dilinin mənimsənilməsi və TOPİK imtahanlarının təşkili “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan BMU-İNHA İDP-nin əsas şərtlərindəndir. Belə ki, proqram əsasında təhsil alan tələbələr IV kursda təhsillərini İNHA Universitetində davam etdirmək üçün bu bacarığa malik olmalıdırlar.

 

Qalereya