• 06.02.2023
  • 553
ADA-CVU tələbələri ABŞ-da

“2019-2023 Dövlət Proqramı” çərçivəsində ADA Universiteti və Corc Vaşinqton Universiteti arasında magistratura səviyyəsində həyata keçirilən “Elektrik və elektroenergetika mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr ABŞ-ın paytaxtında səfərdədilər.

Hazırda ikinci kursda oxuyan tələbələr yaz və yay semestrləri müddətində təhsilərini Corc Vaşinqton Universitetinin Mühəndislik və Tətbiqi elmlər fakültəsində davam etdirəcəklər. Tələbələr həmçinin CVU və ADA Vaşinqton Mərkəzi tərəfindən təşkil olunacaq fərqli mövzuları əhatə edən seminar və görüşlərdə də iştirak edəcəklər.

Qeyd edək ki, hazırda “2019-2023 Dövlət Proqramı” çərçivəsində ADA Universiteti və ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti arasında magistratura səviyyəsində həyata keçirilən “Kompüter elmləri və verilənlərin təhlili” və “Elektrik və elektroenergetika mühəndisliyi” ixtisasları üzrə sənəd qəbulu aprel ayının 1-nə qədər davam edəcək.