• 02.02.2023
  • 449
BMU-İNHA İDP çərçivəsində professor-müəllim heyəti üçün Koreya Respublikasında təlimin keçirilməsi planlaşdırılır

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-cil tarixli 711 nömrəli Sərəncamı təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan İkili Diplom Proqramının (BMU-İNHA İDP) əsas komponentlərindən biri İDP professor-müəllim heyətinin Koreya Respublikasında təlimin keçirilməsidir.

Təlimin əsas məqsədi İNHA Universitetinin beynəlxalq təhsil əməkdaşlığı layihəsinə əsasən BMU-nun professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, professor-müəllim heyətinin bilik və bacarıqlarını İNHA Universitetinin təhsil təcrübəsi və təcrübəli professorları vasitəsilə daha da inkişaf etdirərək beynəlxalq layihənin uğurlu icrasını təmin etməkdir.

BMU-İNHA İDP üzrə professor-müəllim heyətinin təlimi üzrə ətraflı məlumat aşağıdakı kimidir:

  1. Təlim müddəti: 6 həftə (3 iyul ~11 avqust və ya 10 iyul ~ 18 avqust)
  2. Ezam olunma: Təlim tarixindən 1~3 gün öncə
  3. Təlim yeri: İnçon şəhəri, Koreya Respublikası
  4. Təlim dili: İngilis dili
  5. 2023-cü il üzrə ezam olunacaq professor-müəllim heyətinin sayı:
  • “İnşaat mühəndisliyi” ixtisası üzrə 10 nəfər;
  • “Elektrik mühəndisliyi” ixtisası üzrə 10 nəfər;
  • “Elektronika mühəndisliyi” ixtisası üzrə 10 nəfər.

Hər ixtisas üzrə BMU-nun həm ştat və yarım ştat, həm də saat hesabı çalışan professor-müəllim heyəti cəlb edilə bilər.

  1. Professor-müəllim heyətinin seçim proseduru:
  • Son müraciət tarixi: 22 fevral 2023-cü il;
  • Professor-müəllim heyəti tərəfindən Azərbaycan və İngilis dillərində təqdim ediləcək sənədlər: CV, motivasiya məktubu, müraciət forması (sənədləri keçiddən yükləyə bilərsiniz). Seçim müddətində müraciətçilər ilə müsahibə həyata keçiriləcək.
  • Maraqlanan namizədlər qeyd olunan sənədləri mövzu hissəsində mütləq şəkildə “Faculty Training 2023” göstərilməklə beu-inha@beu.edu.az elektron poçt ünvanına göndərməlidirlər.
  • Seçim Komitə tərəfindən həyata keçirilir. Komitənin iclası və təlim üçün müraciətçilərin seçilməsi: 24 fevral ~ 3 mart 2023-cü il;
  1. Təlim xərcləri:

Təlim xərcləri “2019-2023 Dövlət Proqramı” çərçivəsində AR Dövlət Neft Fondu tərəfindən qarşılanır (aviabilet, gecələmə, gündəlik ezamiyyə xərci, viza və miqrasiya xərcləri, tibbi sığorta).

  1. Təlimdən sonrakı qiymətləndirmə:

İDP üzrə Koreya Respublikasında təlimdən sonra hər bir müəllim özünüqiymətləndirmə hesabatı və təcrübəyə əsaslanaraq İNHA-dakı təlimin nəticələrini hansı formada BMU-da tətbiq edəcəyi barəsində planı təqdim etməlidir. Özünüqiymətləndirmə hesabatının forması əvvəlcədən professor-müəllim heyəti ilə paylaşılacaq. Özünüqiymətləndirmə hesabatı hər müəllim tərəfindən birbaşa olaraq yazılmalı və təqdim edilməlidir.

BMU-İNHA ikili diplom proqramı ilə əlaqədar sualları e-mail ünvanına, proqramın rəsmi Facebook səhifəsinə  ünvanlamaq və ya (+994 12) 349-99-66/67 (daxili: 2416) zəng vurmaq və proqramla bağlı daha geniş informasiyanı linkə daxil olaraq əldə etmək mümkündür.