09.02.2023-cü il tarixində Böyük Britaniya Krallığının “Queen Mary” Universitetində Ermənistan səfirinin iştirakı ilə "Human rights in conflict zones: Nagorno-Karabakh case" adlı tədbir keçirilməsi nəzərdə tutulurdu.
“Britaniya-Azərbaycan Cəmiyyəti”nin rəhbəri Fəridə Pənahovanın dəstəyi ilə Böyük Britaniyada Dövlət Proqramı çərçivəsində təhsil alan İlahə Həsənova, Nicat Osmanlı, Ömar Şükürov, Akif Qurbanov, Firuzə Nəsibzadə, Rəna Süleymanova, Kifayət Dəmirli, Həlimə Cəlalova, Əsmər Kərimli, Çingiz Məhərrəmli, Kənan Quliyev, Tofiq Şəhniyarov, Fidan Məhərrəmova və Birləşmiş Krallığın Chevening təqaüdçüsü olan Qiyafət Xeyirxəbərli, eyni zamanda, Turan Qafarlı, Nigar Əsədova preventiv addım olaraq sözügedən tədbirdə iştirak etmələri planlaşdırılırdı. Tədbirdə iştirak etməklə yanaşı, Dövlət Proqramı təqaüdçüləri və digər tələbələr “Queen Mary” Universitetinin rektoruna, Hüquq fakültəsinin dekanına və universitetin Tələbə Birliyinə etirazlarını bildirərək müraciət etmiş və müraciətdən 2 gün sonra tədbirin ləğv olunmuşdur.