• 13.12.2022
  • 896
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili almaq hüququ qazanan tələbələrlə Orientasiya görüşü
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2022-ci il üzrə həyata keçirilmiş ikinci sənəd qəbulu zamanı xaricdə doktorantura təhsili almaq hüququ əldə edən 42 namizədlə Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən dekabr ayının 13-də onlayn Orientasiya görüşü keçirilmişdir.
 
Görüşün məqsədi ümumi tanışlıq, 3 tərəfli müqavilənin tənzimlənməsi, tədrisin monitorinqi və işəgötürülənlərlə iş istiqamətləri üzrə məsələlərin müzakirəsi olub. Görüşdə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova doktorantları təbrik edərək yeni tədris ilində uğurlar arzulamışdır.
 
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində hazırda  207 nəfər Azərbaycan vətəndaşı dünya universitetlərinin reytinqində (Times Higher Education Ranking və Academic Ranking of World Universities) ilk 500-lükdə yer alan 82 nüfuzlu ali təhsil müəssisələrinin doktorantura səviyyəsində təhsil almaq üçün göndərilmişdir.  
 
 
 
Qalereya