• 23.09.2022
  • 1133
"2022-2026 Dövlət Proqramı" haqqında AzTV xəbərdə

"2022-2026 Dövlət Proqramı" çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə dair Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, "2022-2026 Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alacaq tələblərdən Əqidə İsparzadə və Nicat Osmanlı AzTV xəbərə müsahibə verib. Müsahibə zamanı Turan Topalova 2022-ci il ərzində keçirilmiş sənəd qəbulu, onların nəticələri, növbəti sənəd qəbulu zamanı müraciət edərkən vətəndaşların diqqət etməli olduğu məqamları vurğulayıb. Eyni zamanda, Dövlət Proqramı təqaüdçüləri proqramın onların təhsil həyatına verəcəyi töhfəni, gələcəkdəki planlarını müsahibə zamanı qeyd ediblər.