• 03.08.2022
  • 751
Dövlət Proqramına dair yeni sosial media hesabı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupu tərəfinən həyata keçirilən Dövlət Proqramlarına dair məlumatları artıq yeni telegram sosial media hesabından izləyə bilərsiniz.  "Dövlət Proqramı" adlı telegram səhifəsində "2019-2023 Dövlət Proqramı" çərçivəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramlarına, xaricdə doktorantura təhsilinə, "2022-2026 Dövlət Proqramı" çərçivəsində həyata keçirilən xaricdə bakalavriat və magistratura təhsilinə dair məlumatlar əldə oluna bilər.