• 18.07.2022
  • 774
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili almaq hüququ qazanan tələbələrlə Orientasiya görüşü

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2022-ci ilin  qəbulu üzrə xaricdə doktorantura təhsili almaq hüququ əldə edən 44 namizədlə Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən iyul ayının 15-də onlayn Orientasiya görüşü keçirilmişdir.

Görüşün məqsədi ümumi tanışlıq, 3 tərəfli müqavilənin tənzimlənməsi, tədrisin monitorinqi və işəgötürülənlərlə iş istiqamətləri üzrə məsələlərin müzakirəsi olub. Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov iştirak etmiş və doktorantları təbrik edərək yeni tədris ilində uğurlar arzulamışdır.

Qeyd edək ki, 2022-ci il ərzində ikinci sənəd qəbulu üçün son müraciət tarixi 1 sentyabrdır. Proqrama dair elanla müvafiq keçiddən tanış olmaq olar.