• 17.06.2022
  • 451
"2019-2023 Dövlət Proqramı" doktorantının seminarı
"2019-2023 Dövlət Proqramı" çərçivəsində Çin Xalq Respublikasının "Nanjing Medical University"-də səhiyyə və rifah ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Səma Səmədlinin 09 iyun 2022-ci il tarixində Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə vebinarı həyata keçirilmişdir. "Kavasaki xəstəliyi: klinik klassifikasiya, koronar damar ağırlaşmaları və İVİG-rezistentlik baxımıdan xəstələrin risk strafikasiyası" mövzusunda keçirilən vebinarda Səma Səmədli mövzu haqqında ətraflı məlumat vermiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
Qeyd edək ki, 2022-ci il üzrə "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili üzrə ikinci sənəd qəbuluna iyul ayında start veriləcəkdir.