• 10.06.2022
  • 212
BMU-İNHA İDP tələbələri arasında “Brain ring” intellektual yarışı keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsil alan I və II kurs tələbələri arasında “Brain ring” intellektual yarışı keçirilib.

Qalibiyyət uğrunda 10 komanda yarışıb və gərgin keçən bilik yarışında “Mühəndislər” komandası birinci olub.

BMU-nun Xarici dillər kafedrasının müdiri Ətrabə Gül, BMU-İNHA İDP-nin  direktoru Humay Cəfərli, layihə direktoru Hyunjin Yang, baş mütəxəssis Sevinc İskəndərova, eləcə də Koreya və İngilis dilləri üzrə fənn müəllimləri və kafedra əməkdaşlarının iştirakı ilə həyata keçirilən yarışda qalib komandanın üzvlərinə hədiyyə və sertifikatlar təqdim olunub.