• 01.04.2022
  • 2324
"2019-2023 Dövlət Proqramı" - Xaricdə Doktorantura Təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
Çoxsaylı müraciətləri nəzərə alaraq, xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2022-ci il üçün ilk sənəd qəbulunun müddəti uzadılıb. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 15 aprel 2022-ci il saat 23:59-dək uzadılıb. 
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı keçiddən əldə oluna bilər.
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün qeydiyyat linki keçiddən əldə oluna bilər.
Qeyd edək ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət oluna bilər.