• 02.12.2021
  • 6228
2022-ci il ərzində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun tarixləri

Xaricdə doktorantura təhsili almaq istəyən namizədlərin nəzərinə!

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir.  2022-ci il ərzində həyata keçiriləcək sənəd qəbulunun tarixləri:

  • 1-ci sənəd qəbulu: fevral - aprel;
  • 2-ci sənəd qəbulu: iyul - sentyabr.

Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulmuşdur.

Maraqlananlar sənədlərlə link vasitəsilə tanış ola bilər. Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət oluna bilər.