• 22.11.2021
  • 224
"2019-2023 Dövlət Proqramı" doktorantının uğuru
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili alan Elxan Yusifov 4-7 Noyabr 2021-ci il tarixlərində Azərbaycan Diasporasının İstanbulda təşkil etdiyi "Azərbaycan Gənclərinin Zəfər görüşü"ndə iştirak etmişdir. Azərbaycan Diaspor Gənclərinin II Görüşü Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Qarabağ Zəfərinin birinci il dönümü ərəfəsində dünyanın 39 ölkəsindən Azərbaycanı aktiv təmsil edən  60-a yaxın gənci bir araya gətirərək onlar arasındakı diaspor fəaliyyətini və qarşılıqlı əlaqələri gücləndirmək məqsədi daşımışdır.