• 08.05.2024
  • 173
Dövlət Proqramı iştirakçısı Kolumbiya Universitetində Azərbaycanla bağlı magistr tədqiqat işini təqdim edib

"2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının “Columbia University” ali təhsil müəssisəsində “Beynəlxalq Təhsilin İnkişaf etdirilməsi” ixtisası üzrə Magistratura səviyyəsində təhsil alan Günay Məmmədovanın müəllifi olduğu “Tarix dərsliklərində milli kimlik məsələsinin (re)konstruksiyası: Azərbaycan Respublikası timsalında” tədqiqat işi Kolumbiya Universitetinin 7-ci Tədqiqat Sərgisində nümayiş etdirilib.

 

Sərgi çərçivəsində proqram iştirakçımız poster təqdimat ilə çıxış edib, qələmə aldığı magistratura tədqiqat işi Kolumbiya Universitetinin professor, tələbə və məzun heyəti tərəfindən dinlənilib. 

 

Qeyd edək ki, Günay Məmmədova Kolumbiya Universitetində qələmə aldığı tədqiqat işi çərçivəsində həm də Azərbaycanda milli kimliyin formalaşmasında Qarabağın rolu və post-münaqişə perspektivləri, Azərbaycan multikulturalizmi və inklüziv milli kimlik kimi bir sıra mühüm məsələlərə toxunmağa nail olub. 

 

Dövlət Proqramı iştirakçımızın tədqiqat işi “Beynəlxalq Təhsilin İnkişaf etdirilməsi” ixtisasına qəbul olunacaq gələcək tələbələrlə nümunə kimi bölüşüləcək.  

Qalereya