Azərbaycan Dövlət Pedapoji Universiteti-Corc Vaşinqton Universiteti (ABŞ)


ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil ixtisası” istiqaməti üzrə magistratura səviyyəsində
beynəlxalq ikili diplom proqramı:

 

  • 2020/2021 tədris ili üçün proqrama sənəd qəbulu başa çatıb və Corc Vaşinqton Universiteti tərəfindən namizədlərin seçimi yekunlaşıb. Növbəti tədris ili üçün sənəd qəbulu açıldığı zaman müvafiq elan ictimaiyyətə çatdırılacaqdır.
  • 2020/2021 tədris ili üçün keçmiş elanla buradan tanış olmaq olar;
  • Proqram çərçivəsində məzunlara CVU tərəfindən “Təhsil və insan kapitalının inkişafı: Təhsil siyasəti və liderlik” ixtisası üzrə diplom veriləcək;
  • ADPU tərəfindən isə “Menecment (təhsilin təşkili və idarəolunması)” ixtisası üzrə diplom veriləcək;
  • proqram üzrə ilkin qəbul planı 25 nəfərdir;
  • tədris dili ingilis dilində olacaqdır;
  • proqramın müddəti 2 ildir;
  • proqramın məzunları liderlik və menecment, tədqiqat, beynəlxalq təhsil, siyasi təhlil və inkişaf sahələri kimi bacarıqlara yiyələnəcəklər;
  • tədris tam olaraq Azərbaycanda keçiriləcəkdir.