ADA Universiteti-Corc Vaşinqton Universiteti (ABŞ)

 

 

ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı:

 

  • proqram üçün sənəd qəbulu 04.03.2020-ci il tarixində ADA Universitetinin internet səhifəsində elan olunub. Sənəd qəbulunun son mərhələsi 15.07.2020 tarixində başa çatıb.
  • Proqram haqqında ətraflı məlumatla buradan tanış olmaq olar;
  • tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ayrıca qəbul imtahanlarının (magistratura) nəticələri əsasında aparılacaq, ikinci mərhələdə keçid balını toplamış abituriyentlər ADA və CVU tərəfindən həyata keçiriləcək seçimlərdə iştirak edəcəklər;
  • proqram çərçivəsində məzunlara “Kompüter elmləri və verilənlərin təhlili” üzrə ADA və CVU-nin diplomları təqdim ediləcəkdir;
  • tədris dili ingilis dilində olacaqdır;
  • proqramın müddəti  5 semestrdir (3 semestr ADA, 2 semestr CVU-da olacaqdır);
  • CVU-da təhsil müddətində tələbələr universitetin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin (SEAS) dünya səviyyəli obyektlərində dərs alacaqlar. Eyni zamanda, ən müasir laboratoriyalardan, SEAS (School of Engineering and Applied Sciences) mərkəzlərindən və institutlarından faydalanacaqlar;
  • proqram iştirakçılarının bəzi xərcləri BP və onun tərəfdaşları tərəfindən maliyyələşdiriləcəkdir;
  • proqramın məzunları kompüter elmləri, verilənlərin təhlili, informasiya texnologiyaları və s. sahələrdə bacarıqlara yiyələnəcəklər.