Bakı Mühəndislik Universiteti-INHA Universiteti (Koreya Respublikası)

Koreya Respublikasının INHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində
beynəlxalq ikili diplom proqramı (yekunlaşmaq üzrədir):

  • proqramlar 4 ixtisas (inşaat mühəndisliyi, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, informasiya və kommunikasiya mühəndisliyi) üzrə bakalavr səviyyəsində aparılacaq;
  • Proqramın 2020/2021 tədris ili üçün başlaması nəzərdə tutulur. 2020/2021 tədris ili üçün elanla buradan tanış olmaq olar;
  • tələbələrin seçimi ilkin olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (bakalavr) nəticələri əsasında aparılacaqdır. Sonrakı mərhələdə keçid balını toplamış abituriyentlər İNHA  tərəfindən təşkil edilmiş daxili imtahanda iştirak etməlidirlər;
  • təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA tərəfindən bakalavr diplomları veriləcək;
  • hər bir ixtisas üzrə qəbul planı illik 25 nəfərdir;
  • proqramın müddəti 4 ildir. Bu müddətin 3 ili Azərbaycanda, son 1 ili İNHA-da keçiriləcək;
  • tədris dili BMU-da ingiliscə (bəzi fənlər azərbaycanca olmaqla), İNHA-da isə koreya dilində olacaq;
  • tələbələrə BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün koreya dili dərsləri tədris olunacaq və onlar müvafiq olara TOPİK sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər.