• 29.04.2024
  • 194
"2019-2023 Dövlət Proqramı" doktorantının vebinarı baş tutub

26 Aprel 2024-cü il tarixində "2019-2023 Dövlət Proqramı" çərçivəsində Malayziyanın "University of Malaya" ali təhsil müəssisəsində humanitar və sosial ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Elçin Hüseynov, Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya Fakültəsi Elmi Cəmiyyətinin təşkilati dəstəyi ilə vebinar keçirmişdir. Vebinarda sosial elmlər üzrə keyfiyyət tədqiqatlarında “Grounded Theory” metodologiyasının istifadəsi haqqında məlumat verilmişdir və vebinar iştirakçılarıyla fikir mübadiləsi aparılmışdır.

Qalereya