• 07.03.2024
  • 311
Doktorantın fəaliyyəti

5 mart 2024-cü ildə hibrid formatda "Westminster" Universitetində "Dayanıqlı inkişafda qadınların rolu: iqlim dəyişikliyinə gender yönümlü yanaşma" adlı tədbir təşkil edilib. 


Bu tədbir "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Westminster” ali təhsil müəssisəsində humanitar və sosial ixtisas istiqaməti doktorantura səviyyəsində təhsil alan

Fərid Ədilov və "Westminster" Universitetinin müəlliminin birgə təşkilatçılığı ilə baş tutub.
 

Doktorantın moderatorluq etdiyi tədbirdə COP29-un ölkəmizdə keçiriləcəyini nəzərə alınaraq, müvafiq qurumun - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi-nin Aparat rəhbəri Ceyran Rəhmətullayeva açılış nitqi söyləyib, daha sonra BMT-nin CEDAW Komitəsinin üzvü Dr. Elgün Səfərov, "Westminster" Universitetinin müəllimi Dr. Yemisi Sloane mövzu ilə bağlı təqdimatlar edərək, auditoriyanı maraqlandıran sualları cavablandırıblar.

 
Dokotrantın digər məqaləsi  keçiddən əldə oluna bilər.
Qalereya