• 20.04.2020
  • 1344
İkili diplom proqramına qəbula dair sosial media üzərindən canlı yayım həyata keçirilib
Aprel ayının 22-si saat 18:00-da 2020/21-ci il tədris ilindən etibarən ABŞ-ın Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin arasında həyata keçiriləcək "Təhsil" ixtisası üzrə magistraturada beynəlxalq ikili diplom proqramına sənəd qəbuluna dair onlayn( canlı) infosessiya keçirilib. 
 
Qeyd edək ki, infosessiyada Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin nümayəndələri canlı yayımda sosial media (https://www.facebook.com/stateprogramme/videos/668736587273095/) izləyicilərinin və bu ikilidiplom proqramına müraciət etmək istəyənlərin suallarını cavablandırmağa çalışıblar.