• 30.07.2021
  • 780
"2019-2023 Dövlət Proqramı" - Xaricdə Doktorantura Təhsilinin sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il payız semestri üçün sənəd qəbulunun müddəti uzadılıb. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 15 avqust 2021-ci il saat 23:59-dək uzadılıb. Sənəd qəbuluna dair ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.