• 29.07.2021
  • 402
BMU-İNHA İDP çərçivəsində İnha Universitetinin professorları tərəfindən “Elektrik mühəndisliyi” və Elektronika mühəndisliyi” ixtisaslarının tələbələrinə xüsusi mühazirələr

Bakı Mühədislik Universiteti (BMU) ilə Cənubi Koreya Respublikasının İnha Universiteti arasında icra olunan ikili diplom proqramına əsasən imzalanmış müqavilə çərçivəsində “Elektrik mühəndisliyi” və Elektronika mühəndisliyi” ixtisaslarının tələbələri üçün 26 və 28 iyul 2021-ci il tarixlərində İnha Universiteti tərəfindən 1 günlük “Xüsusi mühazirə” keçirilmişdir. “Xüsusi mühazirə”lər İnha Universitetinin professoru Mr. Kwang Sub Yoon və Mr. Paik-Kyun Shin tərəfindən onlayn formada həyata keçirilmişdir.

Professorlar tərəfindən elektrik və elektronika mühəndisliyi üzrə 4 -cü sənaye inqilabı dövrü, ağıllı və yaşıl şəhər, elektrikli və avtonom mobil sistemi, robot və avatar üçün nəzərdə tutulmuş elektrik mühəndisliyi barədə ətraflı məlumat təqdim edilmişdir.

Professor Paik-Kyun Shin təqdimatında İnha Universitetinin “Elektrik və Elektronika mühəndisliyi” ixtisasının məzunlarının 50.4%-nın rahatlıqla Cənubi Koreyanın məhşur şirkətləri olan SAMSUNG, LG/LS, HYUNDAI, SK/Hynix, HYOSUNG və POSCO işnən təmin olunması barədə statistik rəqəm paylaşmışdır.

Xatırladaq ki, BMU ilə İnha Universiteti arasında mühəndislik ixtisasları üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinə ötən il start verilib və bu prosesin icrası davam edir.

2021/2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında İkili Diplom Proqramı üzrə sənəd qəbuluna artıq start verilibdir.

BMU-İNHA İDP-nin qəbul üçün daxili imtahanı 17 Avqust (yazılı)19 Avqust (şifahi) tarixlərində keçiriləcəkdir. İmtahan nəticələri isə 23 Avqust dərc ediləcəkdir. İkili diplom proqramına sənədlərin son qəbul tarixi 14 Avqust 2021-ci il. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

BMU-İNHA İDP haqqında daha ətraflı məlumatı BMU-nun rəsmi web səhifəsindən əldə etmək mümkündür.