• 11.06.2021
  • 831
"2007-2015 Dövlət Proqramı" çərçivəsində təhsil alan tələbələrin nəzərinə !
Hörmətli "2007-2015 Dövlət Proqramı" tələbələri,
 
Bildiyiniz kimi,  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüləri hər tədris ilinin sonunda qeydiyyatdan keçməli və Təhsil Nazirliyinə gəlmədən aşağıdakı sənədləri (ali təhsil müəssisəsinin imza və möhürü ilə) elektron qaydada (niftali.gasimli@edu.gov.az) Nazirliyə təqdim etməlidir:
təhsil alanın cari tədris ilini müvəffəqiyyətlə bitirərək növbəti tədris ilinə keçməsini təsdiq edən ali məktəbin rəsmi sənəd (növbəti tədris ilinin başlama və bitmə tarixləri (gün, ay və il göstərilməklə);
cari tədris ilinin qiymət cədvəlindən rəsmi çıxarış (transkript).
növbəti tədris ilinin təhsil haqqına dair rəsmi invoys (olduğu təqdirdə).
 
Qeyd 1: Göstərilən sənədlər səliqəli şəkildə "skan” edilərək adlarına uyğun olaraq qeyd edilməlidir.
Qeyd 2: Göndərilən sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə tərəfimizdən təhsil aldığınız ali məktəbə sorğu göndəriləcəkdir.
Qeyd 3: Türk, rus və ingilis dillərindən başqa digər dillərdə olan sənədlər tələbə tərəfindən tərcümə olunaraq təqdim olunmalıdır. 
Qeyd 4: Yalnız sənədləriniz tam şəkildə qeydiyyata alındıqdan sonra növbəti tədris ili üçün yaşayış və təhsil xərclərinizin ödənişi mümkün olacaqdır.
 
Gediş-gəliş biletləri ilə bağlı məlumatı keçiddən əldə etmək olar.
 
Xüsusi qeyd: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.