• 03.06.2021
  • 457
BMU-İNHA İKİLİ DİPLOM PROQRAMI

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına növbəti qəbula start verilir.

 

Ikili diplom proqramı Bakı Mühəndislik Universiteti ilə Cənubu Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İnha Universiteti tərəfindən həyata keçirilir.

 

2021-2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına "İnformasiya texnologiyaları", "İnşaat mühəndisliyi", "Elektronika mühəndisliyi" və "Elektrik mühəndisliyi" ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur. Proqramın məzunlarının əldə etdiyi bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində əhatə edəcəkdir.

 

Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.

 

Beynəlxalq ikili diplom proqramına qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavr) nəticələri və İnha Universitetinin seçimi əsasında aparılır.

 

Ətraflı məlumatla elandan tanış ola bilərsiniz.