• 20.05.2021
  • 1232
Dövlət Proqramı İdarəetmə Qrupu “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan doktorantlarla onlayn görüşlər keçirilmişdir

Görüşlərin əsas məqsədi təhsil alan tələbələrlə yaxından maraqlaranaraq təhsilin maliyyələşmə və tədrisin gedişatı istiqamətində yaranmış çətinliklər barədə məlumat əldə etməkdən ibarət idi. Bununla yanaşı, imzalanmış 3 tərəfli müqavilənin tənzimlənməsi və tədrisin monitorinqi və işəgötürülənlərlə iş istiqamətləri üzrə məsələlər də görüşlər zamanı müzakirə mövzusu idi.

Müzakirələrin daha da effektiv nəticə vermələri üçün görüşlər doktorantların təhsil aldıqları ölkələr üzrə təşkil olunmuş, hər ölkə üzrə spesifik məsələlər barədə fikir mübadiləsi aparılmış və doktorantların təklif və rəyləri qeyd olunmuşdur.

Xatirladaq ki, hazırda 55 proqram iştirakçısı 11 ölkənin top 500 universitetlərində prioritet ixtisaslar üzrə təhsil alır.

 

Qalereya