• 19.05.2021
  • 950
“2019-2023 Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin yaz semestri üzrə xaricdə doktorantura təhsili almaq hüququ qazanmış tələbələrlə Orientasiya görüşü keçirilmişdir

 

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin yaz semestri üzrə xaricdə doktorantura təhsili almaq hüququ əldə edən namizədlərlə Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən may ayının 8-də onlayn Orientasiya görüşü keçirilmişdir. Görüşün məqsədi ümumi tanışlıq, 3 tərəfli müqavilənin tənzimlənməsi, tədrisin monitorinqi və işəgötürülənlərlə iş istiqamətləri üzrə məsələlərin müzakirəsi idi. Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri də iştirak etmiş və doktorantları təbrik edərək yeni tədris ilində uğurlar arzulamışlar.