• 28.08.2020
  • 864
"2019-2023 Dövlət Proqramı"- Xaricdə doktorantura təhsilinə müraciət edən namizədlərlə müsahibə prosesi başlayıb

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq üçün II sənəd qəbulu üzrə müraciət edən namizədlərlə 27.08.2020-ci il tarixində müsahibə prosesinə start verilib. Müsahibə prosesi Təhsil Nazirliyi, Dövlət Neft Fondu və digər mərkəzi icra hakimiyyəti orqanları, o cümlədən, yerli ali təhsil müəssisələrin nümayəndəri ilə əməkdaşlıq çərçivəsində birgə həyata keçirilir. Müsahibələrdə iştirak edən hər biz namizədə uğurlar arzu edirik!

Qalereya