• 27.07.2020
  • 1921
"2007-2015 Dövlət Proqramı" məzunu Emin Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edildi

2010-2012-ci illərdə “Dövlət idarəçiliyi” ixtisası üzrə magistratura səviyyəsində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın “Columbia University” universitetindən məzun olmuş Emin Əmrullayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin olunub. Emin Əmrullayevi yeni vəzifəsi münasibətilə təbrik edir və fəaliyyətində uğurlar arzu edirik.