• 19.05.2020
  • 657
ADA-CVU ikili diplom proqramına dair onlayn Məlumat Günü keçiriləcək

ADA Universitetinin Corc Vaşinqton Universiteti ilə birgə təqdim etdiyi Kompüter elmləri və Data analitikası üzrə magistr proqramı ilə maraqlananlar üçün  20 may saat 17:00-da onlayn Məlumat Günü keçiriləcək. İnfosessiyada Corc Vaşinqton Universitetinin Kompüter elmləri fakültəsinin rəhbəri Dr. Robert Ples və ADA Universitetinin Kompüter elmləri üzrə Proqram direktoru Dr. Abzətdin Adamov iştirak edəcəklər. Siz də onlayn Məlumat Gününə qoşulmaqla proqrama dair bütün suallarınıza ətraflı cavab tapa bilərsiniz.

Məlumat günündə iştirak etmək üçün qeydiyyat: https://bit.ly/3bzPatw

 

© ADA Universiteti